Trampın rüsumları turizmi vurdu Gündəm

Trampın rüsumları turizmi vurdu

ABŞ-ın sabiq prezidenti Donald Trampın tətbiq etdiyi sərt gömrük vergilərindən ən çox təsirlənən ölkələrdən olan turistlər, ABŞ-ı istirahət marşrutlarından çıxarır.

Xalqcebhesi.az otel rezervasiya platforması Trivagona istinadən xəbər verir ki, Yaponiya, Kanada, Meksika və Almaniyadan ABŞ-a edilən rezervasiyalarda nəzərəçarpacaq azalma müşahidə olunur.

Yaponiya, Kanada və Meksikadan ABŞ-a edilən rezervasiyalar iki rəqəmli faizlə azalıb.

Trampın 1 fevralda elan etdiyi 25 faiz dəyərində idxal vergiləri, xüsusilə Kanada və Meksikanı hədəf almışdı. Trampın Kanadanı tez-tez “ABŞ-ın 51-ci ştatı olmalıdır” deyə təhqiredici şəkildə təqdim etməsi isə bu ölkədə böyük narazılıq doğurmuşdu.

Almaniyadan edilən rezervasiyalarda isə tək rəqəmli azalma olduğu bildirilir. Avropa İttifaqının ən böyük iqtisadiyyatı olan Almaniya, Trampın tez-tez yeni vergi hədələri ilə qarşılaşır. Ötən həftə Tramp Almaniyaya tətbiq etməyi planlaşdırdığı 50 faizlik verginin “müvəqqəti olaraq dayandırıldığını” açıqlamışdı.

Məryəm Quliyeva