May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları bu gün ödənilib Cəmiyyət

May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları bu gün ödənilib

May ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Bu barədə Xalqcebhesi.az-a Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, mayın 8-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, mayın 23-də isə digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin may ayının pensiya ödənişləri həyata keçirilib.