Tramp: Mənim administrasiyam Gürcüstan ilə əlaqələrin möhkəmləndirilməsinə sadiqdir Dünya

Tramp: Mənim administrasiyam Gürcüstan ilə əlaqələrin möhkəmləndirilməsinə sadiqdir

ABŞ Prezidenti Donald Tramp Gürcüstan Prezidenti Mixail Kavelaşvilini 26 May Gürcüstanın Müstəqillik günü münasibətilə təbrik edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, təbrik məktubunu Mixail Kavelaşvilinin mətbuat xidməti yayıb.

“Mənim administrasiyam Gürcüstan hökuməti ilə dinc və məhsuldar əlaqələrin möhkəmləndirilməsinə sadiqdir. Gələcəkdə ədalətli ticarəti dəstəkləmək və ikitərəfli əməkdaşlığın əhatə dairəsini genişləndirməklə ölkələrimiz arasında iqtisadi əlaqələrin dərinləşdirilməsini səbirsizliklə gözləyirəm”, - məktubda qeyd olunub.

Qeyd edək ki, bu təbrik məktubu Tramp administrasiyasının Gürcüstan hakimiyyəti ilə ilk yüksək səviyyəli dialoq nümunəsidir.