İsveçrə Konfederasiyasının Prezidenti Azərbaycan liderinə məktub ünvanlayıb Siyasət

İsveçrə Konfederasiyasının Prezidenti Azərbaycan liderinə məktub ünvanlayıb

İsveçrə Konfederasiyasının Prezidenti Karin Keller-Sutter Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Xalqcebhesi.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə İsveçrə Federal Şurası və İsveçrə xalqı adından Sizə və həmvətənlərinizə təbriklərimi çatdırıram. Ölkənizə və onun vətəndaşlarına xoşbəxt və uğurlu gələcəklə bağlı ən xoş arzularımı ifadə edirəm.

Mən şadam ki, ölkələrimiz arasında çoxşaxəli əlaqələr davam edir. Əminəm ki, biz bu əlaqələri gələcək illərdə də inkişaf etdirəcəyik.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".