Son üç ildə Azərbaycanda aqrar sektor üzrə nəzərdə tutulan illik artım faizi icra edilməyib İqtisadiyyat

Son üç ildə Azərbaycanda aqrar sektor üzrə nəzərdə tutulan illik artım faizi icra edilməyib

Azərbaycanın Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına əsasən, dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivədə hər il orta hesabla kənd təsərrüfatının 4%, nəqliyyat sektorunun 5%, qeyri neft-qaz sənayesinin 8,3%, tikinti sektorunun 3%, informasiya və rabitə sektorunun 10%-dən çox artması nəzərdə tutulub.

“APA-Economics” xəbər verir ki, bu “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata” Hesablama Palatasının rəyində qeyd edilib.

Statistik məlumatlara əsasən, 2022-2024-cü illərdə hər il orta hesabla kənd təsərrüfatı 2,6%, nəqliyyat 10,6%, qeyri neft-qaz sənayesi 5,7%, tikinti 12,5%, informasiya və rabitə sektoru 14,6% artıb.