“İsrail Qəzzanın dünya ilə əlaqələrinin kəsilməsində maraqlıdır”
Yeni Klinika, Kliniki Tibbi Mərkəz və 2 tibb müəssisəsinə yeni direktorlar təyin edilib - RƏSMİ
Nazir müavini: Məktəblərin 63 faizinin internetə qoşulmaq imkanı var, 6 şagirdə 1 kompüter düşür
"Bakı Marafonu-2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşacaq - SİYAHI
3 İyun 2025 12:14
2 562
BP 2027-ci ilə qədər ənənəvi neft və qaz sahəsində illik sərmayələrini 10 milyard ABŞ dollarına qədər artırmağı planlaşdırır.
“APA-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional Prezidenti Qəri Counz deyib.
O bildirib ki, məqsəd gündəlik hasilatı 2,3–2,5 milyon barelə çatdırmaqdır. Bununla yanaşı, BP emissiyaların azaldılması istiqamətində konkret addımlar atır.
“AÇG yatağında yüksək keyfiyyətli neft hasilatını maksimum səviyyəyə çatdırmaq üçün çalışırıq. Eyni zamanda, rutin qaz yandırmanı dayandırır, metan emissiyalarını ölçür və ətraf mühitə təsiri minimuma endirməyə çalışırıq”, – deyə o vurğulayıb.