Bakıda beynəlxalq forumda Hindistanın siqh icmasına qarşı təzyiqləri tənqid olunub Siyasət

Bakıda beynəlxalq forumda Hindistanın siqh icmasına qarşı təzyiqləri tənqid olunub

Bir çox post-kolonial dövlət kimi, Hindistan da kolonial hakimiyyətin qurduğu nəzarət strukturlarını miras alıb və qoruyub saxlayıb.

APA xəbər verir ki, bunu Bakıda keçirilən “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumun iştirakçılarından olan Çahal Akaşdip Sinq deyib.

“Mərkəzləşdirilmiş hakimiyyət, süni şəkildə çəkilmiş sərhədlər və fərqli suverenliklərin sıxışdırılması. Bu nümunəni biz dünyanın müxtəlif yerlərində — Afrikada, Yaxın Şərqdə görmüşük. Burada kolonial güclər təsadüfi sərhədlər çəkərək mahiyyətcə fərqli xalqları məcburən bir siyasi vahidə daxil ediblər. Hindistan da fərqli deyil və bu, siqhlər üçün çox konkret nəticələr doğurub. Tarixən suveren olmuş xalqlar siyasi, mənəvi və sivilizasiya çərçivələrini əks etdirməyən bir dövlətə daxil edilib və bu nəzarətin qorunması üçün dəfələrlə zorakılığa əl atılıb. Bunu deyərkən çox dürüst olmalıyam: bugünkü Hindistan neytral bir dövlət deyil. O, kolonial keçmişin davamıdır və siqh suverenliyi ilə münasibəti məcburiyyət və zorakılıq üzərində qurulub”, - o qeyd edib.