Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı sənəd qəbul edəcək - YENİLƏNİB Siyasət

Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı sənəd qəbul edəcək  - YENİLƏNİB

Milli Məclisdə “Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti haqqında” məsələ müzakirəyə çıxarılıb.

Spiker Sahibə Qafarova bildirib ki, Milli Məclis Avropa Parlamentinin qəbul etdiyi qərəzli sənədlərlə bağlı münasibətləri dayandırmağa məcbur olub, Avropa Parlamentinin səylərindən sonra 2016-cı ilin sentyabrında münasibətlərin bərpasına dair qərar verilib.

“Təəssüf ki, ötən 10 il Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli fəaliyyətindən əl çəkmək niyyətində olmadığını göstərib. Ərazi bütövlüyümüzün bərpası Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyətini daha da aktivləşdirib. Bütün bunlar həmin qurumun əslində hansı parametrlər əsasında fəaliyyət göstərdiyini ortaya qoyur”, - deyə spiker qeyd edib.

***

saat 11.02

Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı sənəd qəbul edəcək

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, Avropa Parlamenti 30 aprel tarixində Azərbaycanla bağlı qətnamə qəbul edib.