Yeni Klinika, Kliniki Tibbi Mərkəz və 2 tibb müəssisəsinə yeni direktorlar təyin edilib - RƏSMİ Cəmiyyət

Yeni Klinika, Kliniki Tibbi Mərkəz və 2 tibb müəssisəsinə yeni direktorlar təyin edilib - RƏSMİ

Yeni Klinikaya, Mərkəzi Neftçilər Xəstəxanasına, Abşeron Rayon Mərkəzi Xəstəxanasına, Kliniki Tibbi Mərkəzə yeni direktorlar təyin olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Belə ki, tibb üzrə fəlsəfə doktoru, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının prorektoru Zəhra Şamil qızı Vəzirova Yeni Klinikaya, Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Zaur Bəhmən oğlu Xəlilov Mərkəzi Neftçilər Xəstəxanasına, Hacı Məhəmmədoviç Lətifov Abşeron Rayon Mərkəzi Xəstəxanasına, Əməkdar həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Musa Qara oğlu Abbasov Kliniki Tibbi Mərkəzə direktor təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl "Yeni Klinika"nın baş direktoru Barat Yusifov, Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Abşeron Mərkəzi rayon Xəstəxanasının direktoru Səkinə Sadıxova vəzifəsindən azad edilib.