ABŞ İsrailə böyük partiyada sursat və texnika göndərib Dünya

ABŞ İsrailə böyük partiyada sursat və texnika göndərib

Amerika Birləşmiş Ştatları 24 saat ərzində İsrailə təxminən 6 500 ton sursat və hərbi avadanlıq çatdırıb. Bu məqsədlə iki böyük yük gəmisi və bir neçə hərbi-nəqliyyat təyyarəsindən istifadə olunub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

Nəşrin məlumatına görə, tədarükə aviasiya və yerüstü sursatlar, hərbi yük maşınları, həmçinin JLTV texnikası daxil edilib. Yüklər Aşdod və Hayfa limanlarına çatdırılıb. Qeyd olunur ki, əməliyyat ABŞ Müdafiə Nazirliyi tərəfindən İsrail Müdafiə Ordusu ilə koordinasiyalı şəkildə təşkil edilib.

Məryəm Quliyeva