Azərbaycanda əhalinin istehlak xərcləri 69 mlrd. manatı ötüb İqtisadiyyat

Azərbaycanda əhalinin istehlak xərcləri 69 mlrd. manatı ötüb

2024-cü ildə Azərbaycanda əhalinin ümumi xərcləri əvvəlki illə müqayisədə 6.1% artaraq 81 milyard 90.2 milyon manat təşkil edib.

Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ötən il əhalinin son istehlak xərcləri 5% artaraq 69 milyard 346.1 milyon manata bərabər olub.
Qeyd edək ki, 2024-cü ildə əhalinin nominal gəlirləri 6.4% artaraq 83 milyard 93.4 milyon manat təşkil edib.