“Bu, dünya iqtisadiyyatının əsas yük daşıma yollarından birinə çevriləcək”
“268 layihənin yalnız bir rüb ərzində icra edilməsi sürətin yüksək olduğunu göstərir”
Yaqub Mahmudovun “Dünya tarixində Azərbaycan dövlətçiliyi” kitabı çapdan çıxdı
Leyen: İranla hər hansı sülh sazişində nüvə və raket proqramları nəzərə alınmalıdır
23 İyun 2025 13:27
2 247
Kreml ABŞ-ın İrana zərbələrini pisləyir və artan eskalasiya və münaqişəyə yeni iştirakçıların cəlb olunması ilə bağlı dərin təəssüf hissi keçirir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, İranın nüvə obyektləri ətrafında vəziyyət ciddi narahatlıq doğurur və əlavə araşdırma tələb edir.
Peskov əlavə edib ki, ABŞ-ın İrana zərbələri Moskva ilə Vaşinqton arasında münasibətlərə təsir etməyəcək. Onun sözlərinə görə, bunlar müstəqil proseslərdir.
Kremlin sözçüsü Vladimir Putinin bu gün İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşəcəyini vurğulayıb.