

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (17.06-2025-22.06.2025) məlumat açıqlanıb.
APA Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) istinadən xəbər verir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 70 piyada əleyhinə mina, 34 tank əleyhinə mina, 1 445 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 420,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.