Xüsusi karantin rejiminin müddəti uzadılıb Cəmiyyət

Xüsusi karantin rejiminin müddəti uzadılıb

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Nazirlər Kabineti bu barədə qərar verib.
Qeyd edək ki, sonuncu dəfə xüsusi karantin rejimi 1 iyul 2025-ci ilədək uzadılmışdı.