Yaponiyada radioaktiv su sızması baş verib
23 Dekabr 16:18
23 Dekabr 16:18
23 Dekabr 12:49
23 Dekabr 11:39
22 İyun 15:58
2 898
Roma Papası XIV Lev: Münaqişələr geri dönüşü olmayan nöqtəyə çatmadan dayandırılmalıdır
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Roma Papası XIV Lev dünya liderlərini müharibələri dayandırmağa çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, Müqəddəs Pyotr meydanında bazar günü duasından sonra möminlərə müraciətində bildirib, – TASS yazır.
“Yaxın Şərqdən, xüsusilə də İrandan narahatedici xəbərlər gəlir... Hər bir rəhbər mənəvi məsuliyyət daşıyır, müharibə faciəsi geri dönüşü olmayan nöqtəyə çatmadan dayandırılmalıdır,” – deyə Papa qeyd edib.
O vurğulayıb ki, “uzaq münaqişələr yoxdur” və “müharibə problemləri həll etmir, əksinə xalqların tarixində dərin yaralar açır.” Papa əlavə edib ki, diplomatiya “silahdan üstün olmalıdır.”
Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə hücum edib. Əsas hədəf uranın zənginləşdirilməsi üzrə Fordo zavodu olub. Bu zavodun sentrifuqalar zalı 100 metrlik qayalıq və dəmir-beton təbəqəsi ilə qorunduğu üçün bombalanma baxımından demək olar ki, toxunulmaz hesab edilirdi.
Məryəm Quliyeva
23 Dekabr 21:42
1 008
23 Dekabr 20:40
1 043
23 Dekabr 19:54
1 022
- FOTO
- FOTO