İranın AEBA ilə əməkdaşlığının dayandırılmasını nəzərdə tutan qanun layihəsi Parlamentə təqdim edilib Dünya

İranın AEBA ilə əməkdaşlığının dayandırılmasını nəzərdə tutan qanun layihəsi Parlamentə təqdim edilib

İranda Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlığın dayandırılması ilə bağlı qanun layihəsi Parlamentə təqdim edilib.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Parlamentin spikeri Məhəmməd Baqir Qalibaf məsələ ilə bağlı açıqlama verib.

Qalibaf deyib: “Biz bu beynəlxalq təşkilatdan peşəkar münasibətlə bağlı konkret təminat alana qədər İranın AEBA ilə əməkdaşlığını dayandırmaq üçün Parlamentdə qanun layihəsini qəbul etməyə çalışırıq”.

İran lideri Əli Xamneyinin fətvasına uyğun olaraq ölkəsinin barışcıl olmayan nüvə fəaliyyətləri ilə bağlı heç bir planı olmadığını deyən Qalibaf, “Dünya açıq şəkildə AEBA-nın üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirmədiyini və siyasi alətə çevrildiyini açıq şəkildə gördü” deyə qeyd edib.