İran XİN başçısı: Rusiyada çox ciddi məsləhətləşmələr keçirəcəyik Dünya

İran XİN başçısı: Rusiyada çox ciddi məsləhətləşmələr keçirəcəyik

“Biz Rusiyada çox ciddi məsləhətləşmələr həyata keçirəcəyik”.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Rusiyaya səfəri öncəsində mətbuata açıqlama verən İranın xarici işlər naziri Abbas Araqçi deyib.
O bildirib ki, səfər proqramına Rusiya prezidenti Vladimir Putinlə görüş də daxildir.