“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 23:00
30 Dekabr 23:00
30 Dekabr 22:59
30 Dekabr 22:37
30 Dekabr 22:36
4 Avqust 20:28
2 527
Qızılın qiyməti dolların dünya valyutaları qarşısında dəyər itirməsi fonunda yüksəlir.
“Report” xəbər verir ki, bunu ticarət məlumatları göstərir.
Bakı vaxtı ilə saat 19:01-ə olan məlumata görə, Nyu-Yorkun “Comex” birjasında dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 27,57 ABŞ dolları və ya 0,81 % artaraq 1 troy unsiyası üçün 3 427,37 ABŞ dolları təşkil edib. Sentyabr ayı üçün gümüş fyuçersləri isə 1,13 % artaraq 1 unsiya üçün 37,347 ABŞ dolları olub.
Dollar indeksi (ABŞ-nin ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) eyni zamanda 0,34 % azalaraq 98,8 bənd təşkil edib. Dolların zəifləməsi qızıla tələbi dəstəkləyir və onu başqa valyutada satın almaq üçün daha əlçatan edir.
Treyderlər ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasətinin perspektivlərini qiymətləndirirlər. “CME Group”un məlumatına görə, analitiklərin demək olar 86 %-i FED-in sentyabrda uçot dərəcəsini indiki illik 4,25-4,5 %-dən 4-4,25 %-ə endirəcəyini gözləyir.
30 Dekabr 17:05
1 141
30 Dekabr 16:41
1 218
30 Dekabr 16:22
1 253