Nazir müavini: 2021-2024-cü illərdə Azərbaycanın qeyri-neft sektoru 6,7% artıb İqtisadiyyat

Nazir müavini: 2021-2024-cü illərdə Azərbaycanın qeyri-neft sektoru 6,7% artıb

2021–2024-cü illərdə qeyri-neft sektoru orta hesabla 6,7% artıb və hazırda milli iqtisadiyyatın 68%-ni təşkil edir.

“APA-Economics” xəbər verir ki, bunu II Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günündə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

O bildirib ki, qeyri-neft ixracı son illərdə demək olar ki, iki dəfə artıb.

Özəl sektor hazırda ÜDM-in 80%-dən çoxunu formalaşdırır. Dövlət borcu ÜDM-in cəmi 6,5%-nə enib – bu, dünyada ən aşağı göstəricilərdən biridir.