Kanadada hava limanları terminalların nasazlığına görə fəaliyyətini dayandırıb Dünya

Kanadada hava limanları terminalların nasazlığına görə fəaliyyətini dayandırıb

Kanada Sərhəd Xidmətləri Agentliyinin (CBSA) özünəxidmət qeydiyyat köşklərində yaranan nasazlıq ölkə daxilində hava limanlarının bağlanmasına səbəb olub.

Bu haqda CTV-nin məlumat yayıb.

“CBSA-nın özünəxidmət qeydiyyat köşklərində yaranan nasazlıq səbəbindən yüzlərlə, hətta minlərlə sərnişin təyyarələrdə qalıb və ya ölkənin çoxsaylı hava limanlarında uzun izdihamlarla üzləşib”, - kanal bildirib.

Ölkənin sərhəd xidməti nasazlığın aradan qaldırılması üzərində işlədiyini bildirib.