30 Sentyabr 2025 12:26
7 350
Sentyabrın 29-da İran Telekommunikasiya Şirkətinin Həmədan, Təbriz və Zəncan şəhərlərindəki təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.
Gunaz.tv
Bu barədə işçi hərəkatı fəalları məlumat yayıb.
Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.
Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.
Qeyd edək ki, təqaüdçülər 3 ildən çoxdur eyni tələblərlə eyləm keçirmələrinə baxmayaraq onların problemləri həll olunmamış qalır.
19 Oktyabr 10:59
1 211
14 Oktyabr 12:13
2 562
14 Oktyabr 12:12
2 723