

Arxiyepiskop Mikael Acapaxyanının həbsinin uzadılması ilə bağlı apellyasiya şikayəti verilib
Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs Almaniyadan ekstradisiya ediləcək
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri İrəvanda görüşəcək
Azərbaycan, Latviya, Estoniya və Finlandiya işgüzar dairələr arasında əməkdaşlıq haqqında memorandum imzalayacaq.
"Report" xəbər verir ki, bu barədə Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya "Mərkəzi Baltik- Azərbaycan" biznes forumunda bildirib.
Diplomatın sözlərinə görə, sənəd artıq iki ildir Bakı da daxil olmaqla müxtəlif şəhərlərdə həyata keçirilən layihə çərçivəsində ölkələrin uğurlu qarşılıqlı fəaliyyətini möhkəmləndirəcək. "Bu, dörd ölkənin iş adamları arasında əməkdaşlığın davam etdiyini nümayiş etdirən memorandumdur. Bizim artıq gələcək qarşılıqlı fəaliyyət üçün möhkəm təməlimiz var və onu daha da inkişaf etdirmək niyyətindəyik", - E.Skuya qeyd edib.
O, həmçinin Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfdən yeni həmsədrinin təyin olunmasını gözlədiyini bildirib: "Komissiyanın növbəti iclasının tarixini bundan sonra müəyyənləşdirmək mümkün olacaq. İclasda ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni ideya və razılaşmalar müzakirə olunacaq".
Səfir vurğulayıb ki, ölkələr arasında yüksək səviyyəli səfərlər müntəzəm olaraq keçirilir: "Bu il Latviyanın səhiyyə naziri Azərbaycana səfər edib, dekabrın əvvəlində isə Azərbaycanın səhiyyə nazirinin Riqaya səfəri gözlənilir".
Onun sözlərinə görə, müxtəlif səviyyələrdə səfər mübadiləsi gələn ildə də davam etdiriləcək.