“Qidalarımız təmiz deyil” Gündəm

“Qidalarımız təmiz deyil”

“Çox təəssüfedici məqamdır ki, Azərbaycanda son illər qəfil ölümlər, cavan ölümlər çoxalıb. Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar çoxdur. Bütün bunlar xəbər verir ki, qidalarımız təmiz deyil”.

Bunu xalqcebhesi.az-a açıqlamsında dietoloq Leyla Zülfüqarlı deyib.

Dietoloq qeyd edib ki, ürək və qan-damar xəstəliklərinin ana qaynağı stres, səhv qidalardan özəlliklə yağlarla bağlıdır: “İşlənmiş yağlar çoxdur. Ürəyin tac damarının birbaşa olaraq mənfəzini daraldan, düyünlər əmələ gətirən trombemboliyalar və s. kimi problemlərə səbəb olan səhv qidalardan özəlliklə yağları qeyd edə bilərəm. Biz ölkədə yaxşı kərə yağını şamla axtarırıq. Hətta tapsaq belə yenə də şübhə var ki, o, nə qədər təmizdir? Buna nəzarət edən qurumlar əlaqəli işləməlidir ki, konkret bir marka olsun və biləsən bu, təmizdir. Burada birinci faktor qidalanma ilə bağlı faktordursa, ikinci faktor toksinlərdir. Həmçinin oksidatif stres. Yəni hüceyrə içinə o qədər stres girib ki, onun da ardıcıllığı yenə səhv müalicələrdir. İnsan sağlam olan halda qəflətən ölümə düçar olmur. Burada stres, ətrafımızda baş verən toksinlər, sosial durum və qida zəncirində olan yalanlar rol oynayır”.

Röya İsrafilova