Papuaşvili: Cənubi Qafqazda regional inkişaf üçün yaxşı imkan yaranıb Siyasət

Papuaşvili: Cənubi Qafqazda regional inkişaf üçün yaxşı imkan yaranıb

“Gürcüstan hər zaman Azərbaycanla Ermənistan arasında münaqişənin sülh yolu lə həllinin ən böyük tərəfdarı olub və son hadisələr regional inkişaf baxımından yeni mərhələyə başlamaq üçün yaxşı imkandır”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ermənistan parlamentinin Elm, təhsil, diaspora, idman və gənclər komitəsinin rəhbəri Sisak Qabrielyanla görüşdə deyib.

Tərəflər Cənubi Qafqaz bölgəsində baş verən prosesləri müzakirə ediblər. Regional sülhün bölgənin hər üç ölkəsinə böyük fayda gətirəcəyi vurğulanıb.

Görüşdə Gürcüstanla Ermənistanın qanunverici orqanları arasında məhsuldar əməkdaşlığın olduğu və qarşılıqlı səfərlərin müsbət dinamikası qeyd edilib.