11:42
798
Oktyabrın 27-də rejissor Mətləb Muxtarovun “Yaddaş sarayları” qısametrajlı sənədli filminin dünya premyerası baş tutub.
AZƏRTAC xəbər verir ki, premyera Çexiyanın Jihlava şəhərində keçirilən nüfuzlu Ji.hlava Beynəlxalq Sənədli Film Festivalında keçirilib.
“Yaddaş sarayları” tamaşaçılar və kino tənqidçilər tərəfindən maraqla qarşılanıb. Nümayişdən sonra rejissor filmin çəkilmə prosesi haqqında ətraflı məlumat verib, eləcə də tamaşaçıların suallarını cavablandırıb.
“Rental Azərbaycan” şirkətinin ərsəyə gətirdiyi sənədli filmin prodüseri Emil Nəcəfovdur. “Yaddaş sarayları” 2024-cü ildə Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) həyata keçirdiyi post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin qaliblərindəndir. Filmdə rejissor doğulub-böyüdüyü Sumqayıt şəhərinin küçələrində “ilk xatirə”sinin axtarışına çıxır. Gəzintilər onu həmin xatirənin yarandığı yerə gətirir. Bu “ilk xatirə” körpəlikdə itirdiyi atası və vəfat etmiş nənəsi ilə bağlıdır. Yekunda fərdi xatirə axtarışları müəllifi SSRİ dağılandan sonra 90-cı illərin əvvəlində azərbaycanlıların yaşadıqları travmalara aparıb çıxarır.
Qeyd edək ki, Mətləb Muxtarovun bundan əvvəl çəkdiyi “12/35” adlı sənədli filmi də beynəlxalq festivallarda nümayiş edilib.
13:19
630
11:31
770
11:28
784