ABŞ dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək Dünya

ABŞ dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

ABŞ dövlət katibi Marko Rubio Mərkəzi Asiya ölkələrinə səfər edəcək.

APA “Kazinform”a istinadən xəbər verir ki, Rubio C5+1 sammitinin şərəfinə keçirilən qəbulda 2026-cı ildə Mərkəzi Asiyanın beş ölkəsinə səfər etməyi planlaşdırdığını bildirib.

Diplomat qeyd edib ki, Tramp administrasiyasının resurslarla zəngin bölgəyə diqqət çəkmək kampaniyasının bir hissəsi olaraq beş ölkənin xarici işlər nazirləri ilə görüşməyi planlaşdırır.