“Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırılması Azərbaycanda uzun müddət gizli qalan siyasi mexanizmləri ifşa etdi” Siyasət

“Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırılması Azərbaycanda uzun müddət gizli qalan siyasi mexanizmləri ifşa etdi”

“Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırılması Azərbaycanda uzun müddət gizli qalan siyasi mexanizmləri ifşa etdi: onun “siyasi laboratoriyası”ndakı bəzi qüvvələrin rolunu açıq şəkildə göstərdi və həmin aktorların fəaliyyəti barədə ictimai suallar yaratdı. AXCP və Müsavatın sükutu təsadüfi deyil — bu, köhnə ssenarilərin dağıldığının və ayrı-ayrı dairələrin manevr imkanlarının məhdudlaşdığının göstəricisidir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Politoloq bildirib ki, Vətən müharibəsi fonunda təqdim edilən bəzi müxalif mövqelərin milli həmrəyliyə zərbə vurduğu aydındır və bu cür yanaşmalar cəmiyyət tərəfindən qəbul olunmur: “İndi əsas məsələ ölkənin sabitliyini, milli birlik və dövlətçiliyi gücləndirəcək siyasi mühitin formalaşdırılmasıdı. Bu isə açıq, qanun çərçivəsində və vətəndaşların maraqlarını önə qoyan addımlarla mümkün olacaq”.

Röya İsrafilova