13:05
637
Xəbər verdiyimiz kimi, Azərbaycan Pedaqoji Universitetində bu ali təhsil ocağının prorektoru, əməkdar müəllim, professor Mahirə Nağıqızının 65 illiyi qeyd olunub.
Milli Məclis üzvlərinin, ayrı-ayrı ali məktəb rektorlarının, elm adamlarının və KİV təmsilçilərinin qatıldığı yubiley tədbirində Mahirə Nağıqızının yaradıcılığından, elmə,təhsilə və ədəbiyyatımıza verdiyi tövhədən danışılıb.
Gununsesi.info-ya açıqlamasında Mahirə Nağıqızı fəaliyyətinə verilən yüksək dəyərə görə hamıya təşəkkür edib.
“Bu gün mənim üçün çox önəmli gündür. Bura mənim üçün məbəddir. Mən burada təhsil almışam. Bu universitetin məzunuyam. Doktorantura qazanmışam və 20 ildən artıqdır ki, burada çalışıram. Mənim üçün çox böyük şərəfdir ki, tələbəsi olduğum ali təhsil ocağında yubileyim qeyd olunur”.
Mahirə Nağıqızı ona verilən dəyərə görə, universitet rəhbərliyinə təşəkkürünü bildirib:
“Başda hörmətli rektorumuz Cəfər Cəfərov olmaqla, bu tədbirdə əziyyət çəkən hamıya minnətdaram.
Bu dəyər mənim məsuliyyətimi bir addım da artırır. Daha çox işləmək, daha çox yaratmaq yazmaga həvəsləndirir. Öz yazılarımla, yaratdıqlarımla xalqıma xidmət edə bilirəmsə, millətimə bir zərrə xeyrim dəyirsə xoşbəxtəm”.

5 Noyabr 23:09
2 240
5 Noyabr 14:43
4 347
4 Noyabr 10:28
1 869