“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
27 Noyabr 2025 14:43
2 009
“Azərbaycan, İran və Rusiya dəmir yolu operatorları arasında imzalanmış üçtərəfli Anlaşma Memorandumu düşünürəm ki, daha çox Şimal-Cənub Dəhlizinin real işləkliyinə töhfə verə biləcək addımlardan biridir. Burada əsas məsələ odur ki, bu iqtisadi əməkdaşlıq, tranzit rəqabəti və geosiyasi şərtləri eyni anda birləşdirən yeganə marşrut Şimal-Cənab xəttidir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov söyləyib.
E.Əmirov əlavə edib ki, buna görə də dəhlizin gələcəyi, onunla bağlı olan sualların cavabı bilavasitə Rusiya və İrana qarşı tətbiq olunan sanksiyaların taleyindən asılı olacaq: “Yəni sanksiyalar sərt şəkildə davam eləsə, marşrutun daha çox regional xarakter daşıyacağını gözləyə bilərik. Çünki onsuz da Azərbaycan, İran və Rusiya üçü birlikdə bu sanksiyalardan kənar region ölkələri olaraq birgə tərəfdaşlıq baxımından iqtisadi əlaqələrini davam etdirir. Amma bu üçtərəfli əməkdaşlığın regional dəhlizlərə müsbət təsir göstərməsi üçün qeyd etdiyim kimi qonşu ölkələrə tətbiq edilən sanksiyaların aradan götürülməsinə ehtiyac vardır. Əgər bu, baş verirsə, o zaman yük axını artar, dəhlizin rəqabət qabiliyyəti yüksələr və s. Digər bir vacib məqam isə odur ki, Azərbaycanın qeyd etdiyim kimi həm şimalında, həm cənubunda gərginliyin səngiməsi bilavasitə logistik imkanları genişləndirəcək və logistik imkanların genişlənməsi iqtisadiyyatın demək olar ki, bütün sektorlarına müsbət töhfə verə bilər”.
Röya İsrafilova
11 Yanvar 16:19
1 155
9 Yanvar 20:45
2 317
9 Yanvar 18:08
2 289