Türkiyənin Vitse-prezidenti TDT-yə üzv dövlətləri COP31-ə dəvət edib
Rəsmi Ankara Türk İnvestisiya Fondunun yaxın zamanda işə başlamasını istəyir
Baş nazir: Azərbaycan bundan sonra da TDT-nin fəaliyyətinə fəal töhfə verməyə hazırdır
Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhə dair atılan addımlardan məmnundur
11 Dekabr 2025 12:21
1 736
Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 521,3 mln. manat xərclənib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2024-cü ilin müvafiq dövrünün göstəricisini 7,7% üstələyib.
Xatırladaq ki, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 mlrd. 423,1 mln. manat xərclənib, bu da illik müqayisədə 5,5% çoxdur.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.