.jpg)
Hər il ölkədə infilyasiya, qiymət artımları baş verir. Məsələn, rəsmi statistikaya görə, 2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr ayına nisbətən 105,2 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106,4 faiz, qeyri-qida məhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,7 faiz olub. Yəni ərzaq 1 ildə 6,4 faiz bahalaşıb. Bəzi ərzaq məhsullarının qiyməti isə daha çox yüksəlib. Manatın dollara nisbətən kursu isə sabit saxlanılır. Bəs 2026-cı ildə pul-kredit siyasəti, infilyasiya riskləri ilə bağlı hansı gözləntilər var?
2026-cı ildә Mәrkәzi Bankın pul siyasәti “2022─2026-cı illәrdә sosial-iqtisadi inkişaf Strategiyası”nda müәyyәn edilmiş makroiqtisadi sabitlik vә dayanıqlılıq prioritetlәrinin reallaşmasına yönәldilib. Әsas mәqsәd inflyasiyanın hәdәf daxilindә saxlanılmasıdır. Pul siyasәti çәrçivәsinin tәkmillәşdirilmәsi istiqamәtindә dә islahatlar davam etdirilәcәk. Pul siyasәtinin hәdәfi illik inflyasiyanı 4±2% sәviyyәsindә saxlamaqdan ibarәtdir. Әvvәlki illәrdә olduğu kimi bu il dә hәdәf göstәricisi Dövlәt Statistika Komitәsi tәrәfindәn hesablanan istehlak qiymәtlәri indeksinin son 12 ayda dәyişimidir.
Adın məsələdir ki, inflyasiyanın hәdәf daxilindә idarә edilmәsi davamlı iqtisadi artımın vacib şәrtlәrindәn biridir. Bu ev tәsәrrüfatlarının, hәmçinin şirkәtlәrin gәlir vә әmanәtlәrinin qorunması üçün vacibdir. Sabit vә aşağı inflyasiya milli valyutaya inamı vә onun alıcılıq qabiliyyәtini artırır, bununla da iqtisadiyyatda xarici valyuta ilә ifadә olunmuş aktiv vә öhdәliklәrin payını azaltmağa kömәk edir. Bütün bunlar iqtisadiyyatın xarici mühitdәki dәyişikliklәrә davamlılığını artırır. Mәrkәzi Bankın (oktyabr, 2025) proqnozlarına görә 2026-cı ildә illik inflyasiyanın 5.7% olacağı gözlәnilir ki, bu da hәdәf diapazonu daxilindәdir. Hökumәtin, beynәlxalq maliyyә-kredit tәşkilatlarının vә beynәlxalq reytinq agentliklәrinin proqnozları da inflyasiyanın bu il әsasәn bu diapazonda qalacağını göstәrir.
Mәrkәzi Bank 2026-cı ildә dә inflyasiya amillәrinin hәrtәrәfli tәhlili әsasında özünün inflyasiya proqnozlarını hәr rüb yenilәyәcәyini bildirir. Eyni zamanda әhali vә müәssisәlәr arasında keçirilәn sorğular әsasında ev tәsәrrüfatlarının vә biznes subyektlәrinin inflyasiya gözlәntilәrinin qiymәtlәndirilmәsi aparılacaq. Mәrkәzi Bank pul siyasәtinә dair qәrarlar verәrkәn ölkә iqtisadiyyatına vә inflyasiyaya tәsir göstәrә bilәcәk daxili vә xarici amillәri, habelә risklәri hәrtәrәfli qiymәtlәndirir.
Son illәrdә inflyasiyanın risk balansında xarici amillәrin payı әhәmiyyәtli artmışdır. Ortamüddәtli dövrdә bu amillәrin payının yüksәk olaraq qalacağı gözlәnilir. Geosiyasi gәrginliklәr vә qlobal ticarәt mühitindәki qeyri-sabitlik әmtәә vә maliyyә bazarları ilә bağlı qeyrimüәyyәnliklәri hәlә dә yüksәk sәviyyәdә saxlayır. Әsas xarici risk idxal qiymәtlәrinin daxili inflyasiyaya ötürülmәsi ilә bağlıdır. Bu risk ticarәt tәrәfdaşlarında inflyasiya proseslәri vә nominal effektiv mәzәnnәnin dinamikasından asılı olacaqdır. Daxili risk faktorları isә әsasәn tәklif – xәrc amillәri hesabına formalaşmaqdadır. Ortamüddәtli dövr üzrә konservativ makrofiskal çәrçivә vә kredit qoyuluşları üzrә gözlәnilәn artım templәri mәcmu tәlәbin izafi artımı riskini azaldır. Mәrkәzi Bank daxili vә xarici qeyri-müәyyәnliklәri nәzәrә alaraq makroiqtisadi proqnozları baza ssenari ilә yanaşı alternativ ssenarilәr üzrә hazırlanması tәcrübәsini davam etdirir. Bu da inflyasiya risklәrinin reallaşdığı tәqdirdә çevik siyasәt reaksiyasını tәmin edә bilər.
2026-cı ildə pul siyasәti mövcud rejim çәrçivәsindә hәyata keçirilәcәk. Mәzәnnә sabitliyi qiymәt sabitliyinin başlıca lövbәri kimi çıxış edir. Proqnozlara görә tәdiyә balansının cari әmәliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dәstәklәyәcәk. Baza ssenari üzrә proqnozlara görә 2026-cı ildә cari әmәliyyatlar hesabının profisiti 3 mlrd. ABŞ dolları sәviyyәsindә olmaqla ÜDM-in 3.7%-i sәviyyәsindә gözlәnilir. Mәrkәzi Bank özünün valyuta ehtiyatlarının kifayәtlilik meyarlarına uyğun saxlanılmasını vә onun idarә edilmәsinin tәkmillәşdirilmәsini diqqәtdә saxlayır. Pul siyasәti alәtlәrinin tәtbiqi zamanı maliyyә bazarlarında baş verәn proseslәr vә bank sisteminin likvidlik mövqeyindәki dәyişikliklәr nәzәrә alınır. Alәtlәrin istifadәsi pul siyasәtindәn kәnar amillәrin monetar şәraitә tәsirlәrinin neytrallaşdırılmasına xidmәt edir.
Mәrkәzi Bankda proqnozlaşdırma vә siyasәt tәhlili sistemi çәrçivәsindә model aparatı qabaqcıl beynәlxalq tәcrübәlәr әsasında mütәmadi tәkmillәşdirilir, tәdqiqatların әhatә dairәsi vә analitik dәrinliyi artırılır. Pul siyasәti qәrarlarının qәbulunda nәzәri әsaslara söykәnәn vә ekonometrik baxımdan adekvat model nәticәlәrindәn istifadә olunur. Böyük verilәnlәrin daha sәmәrәli tәhlili, maşın öyrәnmәsi yanaşmalarının tәtbiqinin genişlәndirilmәsi Mәrkәzi Bankın prioritet istiqamәtlәrindәn biridir. İqtisadi subyektlәrin gözlәntilәrinә vә davranışlarına tәsir etmәk üçün pul siyasәtinin effektiv kommunikasiyası diqqәt mәrkәzindәdir. Kommunikasiya fәaliyyәtlәri makroiqtisadi sabitliyin güclәndirilmәsinә, hesabatlılığın artırılmasına, pul siyasәtinin ictimaiyyәt tәrәfindәn daha yaxşı anlaşılmasına, Mәrkәzi Banka inamın möhkәmlәndirilmәsinә vә şәffaflığın tәmin edilmәsinә xidmәt edir. Kommunikasiyada başlıca hәdәf qrupları maliyyә bazarı iştirakçıları, media, akademik dairәlәr, iqtisadçı ekspertlәr, sahibkarlar, hökumәt vә geniş ictimaiyyәtdir.
Mәrkәzi Bank makroiqtisadi proqnozlarını vә faiz dәrәcәlәri üzrә qәrarlarını formalaşdırarkәn planlaşdırılan fiskal siyasәt parametrlәrini nәzәrә alacaqdır. İqtisadi Şura qarşıdakı ildә dә tәşkilatlararası makroiqtisadi koordinasiyanın tәmin edilmәsindә әsas vә vacib rol oynayacaq. Pul siyasәtinin Mәrkәzi Bankın digәr fәaliyyәt istiqamәtlәri, xüsusәn makroprudensial siyasәtlә uzlaşdırılması davam etdirilәcәk. Bu uzlaşdırma qurumun daxili kollegial orqanları, o cümlәdәn Pul Siyasәti vә Maliyyә Sabitliyi Komitәsi vasitәsilә hәyata keçirilәcәk.
Ölkәdә maliyyә dәrinliyinin artırılması, maliyyә sabitliyinin qorunması, nağdsız ödәnişlәrin genişlәndirilmәsi bu il dә pul siyasәtinin effektivliyinә vә maliyyә sisteminin dayanıqlılığına müsbәt tәsir edәn amillәrdir. İqlim dәyişikliklәrinin makroiqtisadi tәsirlәri vә yaşıl maliyyә tәşәbbüslәrinin dәstәklәnmәsi mәsәlәlәri diqqәtdә saxlanılır. İqlim dәyişikliklәrinin inflyasiya dinamikasına, iqtisadi artıma vә maliyyә sektoruna birbaşa vә dolayı tәsirlәri üzrә qiymәtlәndirmәlәr aparılr. Mәrkәzi Bankın rәqәmsal valyutasının tәtbiqi üzrә siyasәt mәqsәdlәrinin müәyyәn edilmәsi vә müvafiq yol xәritәsinin hazırlanması üzәrindә işlәr gedir. Bu işlәrә prioritet istifadә istiqamәtlәrinin müәyyәnlәşdirilmәsi, potensial risk vә faydaların qiymәtlәndirilmәsi, elәcә dә maliyyә sektoru üzrә daha geniş strategiyaya uyğunlaşdırılmış mәrhәlәli tәtbiq planının hazırlanması daxildir.
2026-cı ildә dә qiymәt sabitliyinin başlıca lövbәri olan manatın ABŞ dollarına nәzәrәn ikitәrәfli mәzәnnәsi banklararası әqdlәr üzrә orta mәzәnnә (hәrraclar vә hәrracdan kәnar әmәliyyatlar nәzәrә alınmaqla) әsasında müәyyәn edilәcәk. Mәrkәzi Bankda Azәrbaycan Respublikası Dövlәt Neft Fondunun (ARDNF) valyuta satışları üzrә hәrracların keçirilmәsi davam etdirilir. Mәrkәzi Bank vә fiskal orqanlar (ARDNF vә Maliyyә Nazirliyi) arasında effektiv koordinasiya valyuta bazarının tarazlı fәaliyyәtinә dәstәk verir.
2026-cı ildә dә monetar şәraitin formalaşmasında faiz dәhlizi mühüm rol oynamaqda davam edәcәk vә pul bazarında qısamüddәtli faizlәr pul siyasәtinin yardımçı әmәliyyat hәdәfi olaraq istifadә edilir. Banklararası pul bazarındakı faizlәrin Mәrkәzi Bankın faiz dәhlizi daxilindә hәrәkәt etmәsi üçün Mәrkәzi Bank arsenalındakı bütün alәtlәrdәn adekvat vә çevik şәkildә istifadә olunur.
Tәminatsız bazarda әqdlәr üzrә orta çәkili faiz göstәricisi olan AZIR indeksinin kәskin dәyişkәnliyinә yol verilmәyәcәk vә onun Mәrkәzi Bankın uçot dәrәcәsinә yaxın sәviyyәdә hәrәkәtinә xüsusi diqqәt yetirilirr. Bu mәqsәdlә daimi imkan alәtlәri vә açıq bazar әmәliyyatları fәal şәkildә tәtbiq olunur. Daimi imkan alәtlәri banklararası pul bazarında faizlәrin faiz dәhlizi daxilindә formalaşmasını tәmin edә bilər.
Hər halda 2026-cı ildə də manatın dollara nisbətən kursunun indiki səviyyədə sabit saxlanılacağı vəd olunur. Bununla belə, il ərzində ən azı bir rəqəmli infilyasiyanın olacağı, müxtəlif daxili və xarici amillərin birbaşa və dolayı təsirləri nəticəsində qiymətlərin artması gözləniləndir.
M.Həmzəoğlu