Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Amerika fond bazarlarında Dow Jones indeksi 0.02% - 49,015.60 bəndə artıb, S&P 500 indeksi 0.01% – 6,978.03 bəndədək azalıb, Nasdaq indeksi isə 0.17% – 23,857.45 bəndə qədər artıb.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0.52% – 10,154.43 bəndə kimi, Almaniyanın DAX indeksi 0.29% – 24,822.79 bəndə qədər, Fransanın CAC-40 indeksi 1.06% - 8,066.68 bəndədək azalıb.

Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,26% artaraq 1.1985 dollar təşkil edib.