Qiymətlər dayanmaq bilmir – kirayə bazarında kritik vəziyyət
28 Yanvar 23:50
28 Yanvar 23:50
28 Yanvar 23:48
28 Yanvar 23:38
28 Yanvar 23:38
10:49
532
"Güzgü vərəqələrin istehsal zavodunda illik 900 min kvadrat güzgü istehsalı nəzərdə tutulub".
APA xəbər verir ki, bunu “AzerMirror” MMC-nin direktor müavini Eldəniz Allahverdiyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Sumqayıt Sənaye Parkında 1 hektar ərazidə güzgü vərəqələrin istehsalı zavodu inşa edilib:
“Müəssisəmizdə 30 nəfərlik daimi iş yeri yaradılıb. Burada qurulmuş avadanlıqlar Çin texnologiyası ilə qurulub. Zavod inşa olunmamışdan öncə ölkəmizə Rusiya, Çin, Türkiyə, İrandan güzgü idxal olunurdu. Artıq güzgü vərəqlərin istehsalı zavodunun məhsullarının ölkəmizin tələbatını qarşılamaqla yanaşı xarici ölkələrə ixracı nəzərdə tutulur. Bir çox xarici ölkələrlə təklif və razılaşmalar olub. Yaxın vaxtlarda ixracımız nəzərdə tutulub. "Azərmirror" MMC-nin invesitisiya məbləği 6 milyon 130 min manatdır. İdxal etdiyimiz məhsullara dövlət tərəfindən 600 min manata yaxın güzəşt tətbiq edilib. Gələcəkrə tələbatın artması ilə əlaqədar ikinövbəli iş qrafikinə keçiriləcək. Bununla da 30 əlavə iş yeri yaradılacaq".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Azermirror” MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib.