Kallas: Aİ bu gün Rusiyaya qarşı 20-ci sanksiya paketi üzrə razılığa gələ bilməyəcək
“Danışıqlarda dünyanın taleyinə təsir göstərə biləcək məqamlar var”
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
Prezident İlham Əliyev Yaponiya İmperatoruna təbrik məktubu ünvanlayıb
11:02
567
2025-ci ildə Azərbaycanda pambıq istehsalı 362.9 min ton təşkil edib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici 2024-cü illə müqayisədə 52.1 min ton və ya 16,7% çoxdur. Belə ki, 2024-cü ildə ölkə üzrə pambıq istehsalı 310.8 min ton olub.
Qeyd edək ki, 2025-ci ildə ən çox pambıq istehsalı Saatlı rayonunda (45 733,4 ton) olub. Sonrakı yerlərdə Ağcabədi (41 304,8 ton), Beyləqan (37 541,2 ton), Sabirabad (37 507,5 ton), Salyan (33 927,8 ton) və Bərdə ( 31 876 ton) rayonları qərarlaşıb.
İqtisadi rayonlar üzrə isə 2025-ci ildə ən yüksək istehsal Mil-Muğan iqtisadi rayonunda ( 145 117,4 ton ) qeydə alınıb. İkinci yerdə Şirvan-Salyan iqtisadi rayonu ( 95 079,6 ton), üçüncü yerdə isə Qarabağ iqtisadi rayonunda (91 609,3 ton) qərarlaşıb.
Xatırladaq ki, 2025-ci ildə hər hektardan 36,1 sentner pambıq yığılıbsa, 2024-cü ildə bu göstərici 30,3 sentner olub.Beləliklə, 2025-ci ildə pambıq istehsalında həm ümumi həcmdə, həm də məhsuldarlıqda artım qeydə alınıb.