21 Fevral 17:42
08:45
525
Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh prosesində Avropa tərəfinin məqsədli şəkildə kənarda saxlanılması prosesi davam edir. Lakin münaqişənin əvvəlindən prosesdə iştirak edən tərəf kimi Avropa Rusiya və ABŞ-ın bu tələblərinə qarşı müqavimət göstərir. Hələ ki, ortada tərəflər arasındakı gizli rəqabət davam edir. O, zaman sual meydan çıxır Avropa özünə qarşı yönəlmiş ABŞ və Rusiya siyasətini yenə biləcəkmi?
Bu sual ilə politoloq Bakir Həsənbəyliyə müraciət etdik.
Poliroloq bildirdi ki, proseslə bağlı Avropanın üç əsas tələbi var. Rusiyanın hücumlarının davam etməsi fonunda əsas tələblərin müharibəyə ən yaxın vaxtda son qoyulması, atəşkəsin hüquqi və maddi cəhətdən güclü təminatlarla qorunması və hər hansı danışıqlar yolu ilə əldə edilən razılaşmanın Avropanın təhlükəsizlik maraqlarını qorumasıdır.
Bu razılaşma Avropa İttifaqının və NATO-nun birliyinə zidd olmayacaq. Buna görə də avropalıların bu prosesin bir hissəsi olması olduqca vacibdir. Avropa istəmir ki, onun başı üzərindən hər hansı sülh razılaşması olsun.
Lakin qarşıda hələ də, çətin suallar var. Avropa düşünür ki, hansısa ərazi razılaşmasını qəbul edə biləcək tərəf yalnız Kiyevdir. Dörd illik müharibədən sonra Ukrayna prezidentinin və xalqının qəbul etməyə hazır olmadığı sülhə məcbur etmək səhv addımdır. Bu razılaşma Avropanın gələcəyi üçün də, olduqca təhlükəlidir.
Məhz bu amilləri nəzərə alaraq həmin ölkələr Ukraynanın yanında olduqlarını bəyan edirlər. AB liderləri arasında zaman-zaman fikir ayrılıqları olsa da, lakin Ukraynaya uzunmüddətli dəstəyin davam etdirilməsində qərarlıdırlar. AB ölkələri düşünürlər ki, məhz bu amil onları ortaq məqsədlərinə çatdıra bilər.
Cavid
08:38
553
21 Fevral 17:45
1 638
21 Fevral 17:42
1 568