Kallas: Aİ bu gün Rusiyaya qarşı 20-ci sanksiya paketi üzrə razılığa gələ bilməyəcək
“Danışıqlarda dünyanın taleyinə təsir göstərə biləcək məqamlar var”
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
Prezident İlham Əliyev Yaponiya İmperatoruna təbrik məktubu ünvanlayıb
11:00
476
ABŞ prezidenti Donald Trampın Çinə səfəri gözlənilir. Şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsi, eləcə də ABŞ-ın İrana hərbi müdaxilə təhdidi fonunda Çinin mövqeyi təkcə iqtisadi baxımdan deyil, siyasi-hərbi baxımdan nəticəyə təsir edici amildir. Həm də ona görə ki, əsl hədəf elə Çinin özüdür.
Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.
O, qeyd edib ki, ABŞ İrana şərtlərini qəbul etdirmək üçün hərbi təhdidlərdən istifadə edir, lakin onu narahat edən əsas məsələ İran, Çin və Rusiyanın hərbi təlimlərinin verdiyi mesajdır. Üçlü təlimlər açıq formada ABŞ-a hərbi-siyasi xəbərdarlıqdır ki, İran tək deyil və İranın müqaviməti daha tutarlı olacaq. Ona görə də Çinin İrana hərbi dəstəyi həmin reaksiyanın mümkünlüyünə işarədir. Əgər Çin açıq şəkildə ABŞ-a qarşı gedirsə, demək, kartlar açıq oynanılır. ABŞ-ın da İrana hücumda tərəddüdü buna əsaslanır. Ancaq ABŞ-ın İrana hücumdan çəkinəcəyi belə miqyaslı hazırlıqdan sonra o qədər də inandırıcı deyil. Hücumun gecikdirilməsi həm də ABŞ və İsrailin hazırlığının bitməsi ilə bağlı olduğu ehtimal edilir:
"AXİOS-un məlumatına görə, ABŞ İranın ali dini lideri Xameneini və onun siyasi varisi, oğlu Müctəbanı zərərsizləşdirmək niyyətindədir. Bu plan baş tutarsa İrana qarşı genişmiqyaslı və uzunmüddətli hərbi əməliyyatlar keçirilməyə bilər.
Dünəndən də Tehranda partlayış səslıri eşidilir.
Əslində, ABŞ-ın İranla bağlı həyata keçirmək istədiyi plan Çini enerji daşıyıcıları ilə təmin edən əsas üç ölkəni özünə tabe etmək üzrə ikinci mərhələdir. Yəni məqsəd Çini təchiz edən Venesuela, İran və Rusiyanın neft-qazı üzrə məhdudlaşdırılmasıdır. Venesuela tabe edildi, növbə İranındır, Rusiya isə üçüncü mərhələdir".
Cavid