Kallas: Aİ bu gün Rusiyaya qarşı 20-ci sanksiya paketi üzrə razılığa gələ bilməyəcək Dünya

Kallas: Aİ bu gün Rusiyaya qarşı 20-ci sanksiya paketi üzrə razılığa gələ bilməyəcək

Avropa İttifaqının xarici işlər nazirləri bu gün Brüsseldə keçirilən görüşdə Rusiyaya qarşı 20-ci sanksiya paketi barədə razılığa gələ bilməyəcək.

APA xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.

“Əlbəttə ki, biz 20-ci sanksiya paketini müzakirə edəcəyik. Görürsünüz ki, bu gün heç bir irəliləyiş olmayacaq, amma biz səy göstərəcəyik. Bütün etirazları dinləyəcək və nə edilə biləcəyini nəzərdən keçirəcəyik”, – o qeyd edib.

Onun sözlərinə görə, Avropa Komissiyası sanksiyaların tətbiqi üçün əlindən gələni edir və onları bloklayan ölkələrlə işləyir.

Kallas əlavə edib ki, bu gün həmin ölkələrin mövqelərini dəyişəcəyi ehtimalı görünmür.