Filippinin cənub sahillərində 6 balıqçı itkin düşüb Dünya

Filippinin cənub sahillərində 6 balıqçı itkin düşüb

Filippinin cənubunda altı balıqçı itkin düşüb.

AZƏRTAC yerli mənbələrə istinadla xəbər verir ki, bu barədə Filippin Sahil Mühafizəsi məlumat yayıb. Bildirilib ki, balıqçılar cümə günü Manay şəhəri yaxınlığındakı sularda motorlu qayıqla balıq ovuna çıxıblar, lakin geri qayıtmayıblar.

Filippin Sahil Mühafizəsinin Cənubi Mindanao dairəsi dənizçilərə və yerli balıqçılıq icmalarına axtarış-xilasetmə əməliyyatına dəstək vermək çağırışı edib. Səlahiyyətlilər balıqçıların sonuncu dəfə görüldüyü əraziyə axtarış qruplarının göndərildiyini və yerli qurumlarla koordinasiyanın davam etdiyini bildiriblər.