Çində Bahar bayramı günlərində gündəlik 353 milyon insan səyahət edib Dünya

Çində Bahar bayramı günlərində gündəlik 353 milyon insan səyahət edib

Çində Ay təqviminə görə yeni ilin qeyd olunduğu Bahar bayramı zamanı səyahət edən şəxslərin sayı 353 milyona çatıb.

Çinin Nəqliyyat Nazirliyinin açıqlamasına görə, 40 günlük (2 Fevral - 13 Mart) Bahar bayramı tətil dövrünün 19-cu günü olan 20 fevral tarixində ölkə daxilində 353 milyon şəxs səyahət edib.

Qeyd edək ki, Çin ənənəsində insanların yeni ildən öz evlərinə qayıtması və Yeni ili ailələri ilə keçirməsi vacib hesab olunur. Bahar bayramı dövründə milyonlarla çinli ailələrini ziyarət etmək üçün doğma şəhərlərinə səyahət edirlər.

Nəqliyyat Nazirliyinin məlumatına görə 2 fevraldan 13 marta qədər davam edən 40 günlük Bahar bayramı tətili dövründə təxminən 9,5 milyard daxili səfərin gözlənilir.

Səfərlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz artaraq yeni rekordu qırıb.