11:56
693
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xankəndi şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə FHN-dən bildirilib.
Məlumata görə, mayın 4-də Xankəndi şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları sakinlərinin qəbulu keçiriləcək.
Qəbula gələn vətəndaşların qeydiyyatı 3 may tarixində Xankəndi şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]
12:58
371
12:36
532
12:35
539