9 İyun 15:13
2 884
“Biznes fəaliyyətində həm xərclərin minimuma endirilməsi, həm də artan xərclər fonunda satış həcminin artırılması vacib amillərdir”.
Bu fikirləri iqtisadçı ekspert Günay Hüseynova xalqcebhesi.az-a açıqlamasında deyib.
Ekspert bildirib ki, Hansı strategiyanın daha effektiv olması isə məhsulun və ya xidmətin xüsusiyyətlərindən asılıdır: “Bir çox sahələrdə artan xərcləri kompensasiya etmək üçün daha çox satış həyata keçirmək vacibdir.
Xüsusilə kütləvi istehlak məhsulları bazarında satış həcminin artırılması gəlirliliyin qorunmasına kömək edir. Lakin bəzi xidmət və məhsul sahələrində sahibkarlar daha yüksək qiymətlə daha az satış etməyi üstün tuturlar. Bu yanaşma daha qısa müddətdə gəlir əldə etmək, vaxt itkisinin qarşısını almaq və xidmət prosesində yaranan əlavə çətinlikləri azaltmaq məqsədi daşıyır”.
G.Hüseynovanın sözlərinə görə, daha çox satmaq strategiyasının əsas şərtlərindən biri xərclərin effektiv idarə edilməsidir:
“Satış həcminin artırılması ilk növbədə istehsal və əməliyyat xərclərinin minimuma endirilməsindən başlayır. Çünki məhsulun maya dəyərinin aşağı olması onun bazarda daha rəqabətli qiymətlə təklif edilməsinə imkan yaradır. Bu isə satışların artmasına müsbət təsir göstərir. Məhsulun birbaşa istehsalçı tərəfindən satışa çıxarılması daha səmərəli model hesab oluna bilər.
Məhsul istehsalçıdan birbaşa istehlakçıya çatdırıldıqda aralıq xərclər azalır və qiymət daha münasib olur. Eyni yanaşma idxal məhsulları üçün də keçərlidir. Əgər məhsul idxalçı sahibkardan birbaşa satışa çıxarılırsa, bu, daxili bazarda qiymətlərin daha münasib formalaşmasına şərait yaradır”.
Onun fikrincə, məhsulun çoxsaylı vasitəçilərdən keçərək istehlakçıya çatdırılması qiymətlərin yüksəlməsinə səbəb olur:
“Ardıcıl olaraq bir neçə vasitəçinin prosesə daxil olması həm logistika, həm də kommersiya xərclərini artırır. Nəticədə məhsulun son satış qiyməti yüksəlir və bu da istehlakçının əlavə xərc çəkməsinə gətirib çıxarır.
G.Hüseynova vurğulayıb ki, vahid biznes modeli bütün sahələr üçün keçərli deyil.
Daha çox satmaq və ya xərcləri minimuma endirərək satış həyata keçirmək strategiyası məhsulun kateqoriyasına, bazarın xüsusiyyətlərinə və istehlakçı tələbinə görə dəyişir. Ona görə də hər bir sahibkar fəaliyyət göstərdiyi sahəyə uyğun strategiya seçməlidir”.
Günel Elxan
11:19
630
11:17
623
10:44
805