“Neftin ucuzlaşması idxal məhsullarının qiymətinə təsir edə bilər” - ekspert İqtisadiyyat

“Neftin ucuzlaşması idxal məhsullarının qiymətinə təsir edə bilər” - ekspert

İqtisadçı-ekspert Elçin Məmmədov qlobal bazarlarda baş verən dəyişikliklərin qiymətlərə təsiri ilə bağlı xalqcebhesi.az-a açıqlama verib.

Ekspert bildirib ki, neft qiymətlərinin ucuzlaşması Avropa və Asiyadan idxal olunan məhsulların müəyyən hissəsinin qiymətlərinin aşağı düşməsinə şərait yarada bilər:
“Qızılın qiymətindəki dəyişikliklərin isə gündəlik tələbat malları və məişət məhsullarının dəyərinə təsiri çox azdır.
Ev təsərrüfatlarının büdcəsinə əsas təsir edən amil istehlak məhsullarında qiymət artımıdır. Qiymət artımı ev təsərrüfatlarının alıcılıq qabiliyyətini azaldır. Büdcənin nominal həcmi dəyişməsə də, bahalaşma nəticəsində həmin vəsaitin real dəyəri və əldə edilə bilən məhsulların miqdarı azalır”.

Günel Elxan