Azərbaycan Prezidenti: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır
Qazaxıstan MN-in 5 vəzifəli şəxsi Xəzərdə hərbçilərin ölümünə görə saxlanılıb
Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək
12:11
364
Azərbaycan sabit ölkə olmaqla dinamik mühit, açıqlıq, innovasiya və diversifikasiyaya sadiqlik nümayiş etdirir.
APA xəbər verir ki, bunu “The European House – Ambrosetti & TEHA Group”un icraçı direktoru Valerio De Molli Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan son 25 ildə iqtisadi inkişaf və struktur göstəricilərində əhəmiyyətli irəliləyiş əldə edib.
De Mollinin sözlərinə görə, Azərbaycanın adambaşına düşən ümumi milli gəliri 25 il əvvəl dünya üzrə orta göstəricidən təxminən üç dəfə aşağı olduğu halda, hazırda dünya ortalamasına çatıb.
O qeyd edib ki, Azərbaycanın iqtisadi dinamizmi bir sıra beynəlxalq göstəricilərdə də özünü göstərir. De Mollinin təqdim etdiyi statistikaya əsasən, ölkə son illərdə bir sıra göstəricilər üzrə dünya miqyasında yüksək nəticələr əldə edib.
“Azərbaycanın ümumi ixracı hazırda 25,5 milyard dollar təşkil edir. 20 il əvvəl isə bu göstərici təxminən 1 milyard dollar idi”, – o bildirib.
De Molli vurğulayıb ki, Azərbaycanın ixracında neft və qazın payı hələ də yüksək olaraq qalır və ümumi ixracın 83 faizini təşkil edir. Bununla yanaşı, qeyri-neft ixracının artım dinamikasının əhəmiyyətli olduğunu vurğulayıb.
O deyib ki, qeyri-neft sektorunda bir sıra sahələr üzrə ixrac artımı müşahidə olunur. Turizm sektorunun da son illərdə sürətlə inkişaf etdiyini diqqətə çatdıran De Molli bu sahədən əldə olunan gəlirlərin hazırda təxminən 2 milyard dollar olduğunu qeyd edib.
Çıxışında Azərbaycanın xarici investisiyalar baxımından da müsbət göstəricilərə malik olduğunu bildirən De Molli ölkənin iqtisadi açıqlığının və bazarların şaxələndirilməsinin artdığını vurğulayıb.
O, həmçinin, elmi tədqiqatların və yüksək texnologiyalı ixracın inkişafını Azərbaycanın iqtisadi dinamizminin mühüm göstəriciləri sırasında qeyd edib.
Valerio De Molli çıxışında Azərbaycanın dəyişən qlobal iqtisadi düzəndə roluna da toxunub. O bildirib ki, Asiya hazırda dünyanın ən sürətlə inkişaf edən iqtisadi regionudur və bu proses Azərbaycanın da yerləşdiyi daha geniş coğrafiyanın iqtisadi imkanlarını artırır.
12:15
399
12:13
392
12:12
364