“Bakı–Brüssel münasibətləri yeni mərhələyə keçir”
5 Dekabr 22:04
5 Dekabr 22:04
5 Dekabr 21:38
5 Dekabr 15:47
21 Yanvar 2020 12:12
1 995
Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteynlə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteyn rəhbərlik etdiyi qurumla Azərbaycan Dövlət Neft Fondu arasında əməkdaşlığı yüksək qiymətləndirdi və bu əməkdaşlığın gələcək istiqamətləri barədə dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, ötən il ölkəmizdə qeyri-neft sənayesinin 14 faiz, kənd təsərrüfatının isə 7 faiz artdığını bildirdi.
Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığı qeyd edildi. Ölkəmizlə vəsaitlərin idarə olunması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Carlyle Group” arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulandı.
5 Dekabr 20:36
952
5 Dekabr 19:02
1 029
5 Dekabr 18:05
1 176