Dənizdə külək enerjisinin inkişafı üzrə Yol Xəritəsi hazırlanacaq İqtisadiyyat
- 29 Aprel 2020 16:58
- 2 093
Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı üzrə əməkdaşlıq çərçivəsində Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələrinin iştirakı ilə onlayn seminar keçirilib. Energetika Nazirliyindən verilən məlumata görə, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə “Azərbaycanda dənizdə külək enerjisinin inkişaf etdirilməsi üzrə Yol Xəritəsi”nin hazırlanması ilə əlaqədar müzakirələr aparılıb. Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov bildirib ki, Yol Xəritəsinin hazırlanmasında məqsəd dənizdə və sahilyanı ərazilərdə külək enerjisinin potensialı, şəbəkəyə qoşulma imkanları, ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsi əsasında gələcəkdə hərraclara çıxarıla biləcək potensial zonaların müəyyənləşdirilməsidir.
Qurumla Energetika Nazirliyi arasında enerji sektorunda bazar münasibətlərinə mərhələli keçidin və bərpa olunan enerji sahəsinin inkişafının təmin edilməsi istiqamətlərində əməkdaşlıqdan məmnunluq ifadə edilib. Dünya Bankı Qrupunun dünyada dənizdə külək enerjisinin bazarları, bu enerjidən istifadəyə dair təcrübələri, 2030-cu ilədək proqnozları və bu sahənin inkişafına dəstəyi əks etdirən təqdimatı nümayiş olunub.
Bildirilib ki, “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması prosesi coğrafi məkan xəritələrinin tərtib olunması, zonaların müəyyənləşdirilməsi, iqtisadi, maliyyə, ekoloji və sosial aspektlərdə təhlillərin aparılması, təsirlərin qiymətləndirilməsi, icazə və razılıqların verilməsi, normativ hüquqi bazanın yaradılması, ötürmə sisteminin yenilənməsi, təchizat zəncirinin öyrənilməsi kimi məsələləri əhatə edəcək. Dənizdə külək enerjisindən istifadə yeni iş yerləri, həmçinin ölkə iqtisadiyyatına əlavə dəyər qazandıran imkanlar yardacaq. Layihə üzrə işlərə cari ilin iyun ayında başlanması, dekabrda missiyanın Azərbaycana səfəri və Yol Xəritəsinin gələn ilin fevralında yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd olunub ki, Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə hazirlanacaq Yol Xəritəsi Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə və Paris Sazişi üzrə 2030-cu ilə qədər atmosferə atılan istixana qazlarını 35% azaltmaq öhdəliyinin icrasına da töhfə verəcək.
-
Bu günə olan valyuta məzənnələri
-
Bakının iki rayonunda qaz kəsiləcək
-
Bakıda ilk Avropa kuboku keçirilir
-
Azərbaycan nefti ucuzlaşdı
-
Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub
-
Tokio və Vaşinqton hipersəs silahlarına qarşı layihəyə 3 milyard dollar xərcləyəcəklər
-
Braziliyada daşqınlar nəticəsində 30 nəfər həlak olub
-
Cənubi Koreya hərbçiləri Sarı dənizdə naməlum şarı vurublar
-
İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək
-
AVRO-2024: Fransa Lukas Ernandesi itirib
-
"HƏMAS" İsrailin Qəzzada atəşkəs və girovlar üçün təkliflərini öyrənir
-
Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar
-
London derbisində “Çelsi” qalib gəlib
-
Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb
-
Türkiyə parlamenti mayeləşdirilmiş qazın satışı ilə bağlı qanun layihəsini qəbul edib
-
Blinken Tbilisidə baş verənləri çox diqqətlə izləyir
-
Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb
-
Konfrans Liqası: Birminqem və Florensiyada qol şousu
-
Azərbaycan Basketbol Liqası: “Neftçi” uduzub, "Xırdalan" yarımfinalda
-
"Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü gördü
-
Avropa Liqası: "Bayer" Romada qalib gəlib, Marseldə qollu heç-heçə
-
Fransa və Yaponiya hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər
-
Türkiyənin Ticarət Nazirliyi İsraillə ticarətin dayandırıldığını təsdiqləyib
-
Netanyahunu həbs gözləyir
-
İnkişaf müxtəliflikdədir, yaxud Azərbaycanın dialoq düsturu
-
Bu iki ölkə Türkiyə qarşısında öhdəliklərini bir daha təsdiqlədi
-
Milli Məclisdə İspaniya Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO
-
VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində
-
Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
-
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
-
Adil Kərimli Slovakiya Mədəniyyət Nazirliyinin dövlət katibi ilə görüşüb
-
Gürcüstanda azərbaycanlı iş adamını qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum edilib
-
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
-
Zaqatalada narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
-
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
-
Ruben Vardanyanın gəlirlərinin mənbəyi onun Nobel mükafatına layiqli namizəd olduğundan xəbər vermir - Amerikalı jurnalist
-
Qardaş həbsdə olan qardaşına dolmanın içində narkotik keçirmək istəyib
-
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığın müzakirəsindən imtina edib
-
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
-
IFC iki il ərzində Paris Sazişinə tam uyğun olaraq layihələrə investisiyalar qoyacaq - İvana Duarte
-
Norveçli səyyahlar Ağdamda olublar - FOTO
-
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu
-
Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - Vüqar Rəhimzadə
-
1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama
-
Nazir: Özbəkistanla yükdaşımalar 1 mln. tona çatdırılacaq
-
Bakıda yeni yolun inşasına başlanılır - Bu istiqamətdə çəkiləcək (VİDEO
-
Paytaxtda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanıldı
-
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
-
Əfv Məsələləri Komissiyasının iclası təxirə salındı
-
Xəzərdə dalğanın hündürlüyü 2.4 metrə çatır - Faktiki hava
-
Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
-
Qırğızıstanda yük maşını 29 uşağı vurub
-
Şuşada dini liderlərin görüşü keçirilib, şəhərlə tanışlıq olub
-
Futzal üzrə Yüksək Liqada mövsümə yekun vurulub
-
Qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
-
Bu marşrut üzrə əlavə qatar təyin edilib - CƏDVƏL
-
Uyğunsuzluq aşkarlanan baytarlıq preparatları məhv edilib
-
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - YENİLƏNİB
-
Fransanın Azərbaycanı nədəsə ittiham etməsinin heç bir əsası yoxdur - Abbas Abbasov
-
Bakı Təşəbbüs Qrupunun yaranması Fransanın son müstəmləkələri olan dəniz aşırı ölkələrə dəstək nümayiş etdirir