Qətərli vasitəçilər İrana gəliblər
10 İyul 16:43
10 İyul 16:43
10 İyul 15:54
1 May 2020 10:31
2 044
Bu ilin yanvar-fevral aylarında Türkiyə Azərbaycandan 1 804,96 kubmetrdən çox qaz idxal edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 21% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur.
"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, Türkiyə 2019-cu ilin yanvar-fevral aylarında Azərbaycandan 1 491,59 mln. kubmetr qaz idxal edib.
Məlumata əsasən, Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur. Bu ilin yanvar-fevralında bu ölkədən Türkiyəyə təxminən 3 322,14 mln. kubmetr "mavi yanacaq" ixrac olunub. Üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 1 471,4 mln. kubmetr qaz nəql edib.
Bu ilin yanvar-fevral aylarında Türkiyənin qaz idxalı 11 250,18 mln. kubmetr təşkil edib, məlumatda qeyd edilir.
Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 9,58 mlrd. kubmetrdən artıq qaz idxal edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2% çoxdur.
10 İyul 18:37
1 092
10 İyul 17:05
1 260
10 İyul 16:43
1 085