Rusiya: “Böhran qapımızdadır” İqtisadiyyat

Rusiya: “Böhran qapımızdadır”

Rusiyanın "Rosneft" şirkətinin başçısı İqor Seçin bədbin proqnozla çıxış edib.
Seçin dünya neft qiymətlərinin 60 dollardan da aşağı düşə biləcəyini deyib.
Avstriyanın "Die Presse" qəzetinə danışan şirkət rəhbəri qiymətin 60 dollardan aşağı düşəcəyinin gələn ilin ortaları və sonlarına təsadüf edəcəyini bildirib: "OPEC zirvəsində neft ixrac edən ölkələrin rəhbərləri ilə görüş keçirildi. Neft qiymətləri aşağı düşərsə, Rusiya bir çox layihələri dayandırmağa məcbur olacaq. Belə olan vəziyyətdə gündəlik istehsal həcmi 200-300 min barrelə düşə bilər".
ABŞ neft qaynaqlarının işə düşdüyünü deyən Seçin dünya iqtisadiyyatında böhranın qaçılmaz olduğunu etiraf edib:
"ABŞ-ın neft qaynaqlarından istifadə etməsi ilə bu enişi 2025-ci ildən sonraya hesablamışdıq. Bu vəziyyətdə bir çox şirkətlər müflis olacaq. Böhran qapımızdadır".
Xatırladaq ki, Vyanada toplanan OPEC ölkələrinin neft istehsalında fasilə qərarı verməməsi brend çıxışlı neftin 73 dollara qədər düşməsinə səbəb olub.