Mərkəzi Banka kredit faizlərini aşağı salmaq tapşırılıb İqtisadiyyat

Mərkəzi Banka kredit faizlərini aşağı salmaq tapşırılıb

Mərkəzi Bank kredit faizlərinin aşağı salınması istiqamətində real tədbirlər görməli olacaq. Bu tələb prezident İlham Əliyevin fərmanında – 2015-ci ilin dövlət büdcəsi haqqında qanunun tətbiqi barədə fərmanda yer alır. Prezident Mərkəzi Banka kommersiya banklarının kreditləri üzrə faiz dərəcələrinin aşağı salınmasını, həmin dərəcələrlə Mərkəzi Bankının uçot dərəcəsi arasında fərqin azaldılması istiqamətində əməli tədbirlər görməyi tapşırıb.
Mərkəzi Bankının uçot dərəcəsi 3,5 faizdir. Ancaq ölkə üzrə kreditlərin orta illik faiz dərəcəsi 14,3, istehlak kreditləri üzrə faiz dərəcələri illik 18, təminatsız kreditlərin orta illik faiz dərəcəsi isə 35 faiz təşkil edir.