Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
22 Sentyabr 2021 19:03
4 732
Bu gun Ukrayna Azərbaycanlıları Radasının (UAR) ofisində Radanın baş katibi Ceyhun Məmmədov Türk Şurasına daxil olan Qırğız Respublikasının Ukraynadakı diaspor nümayəndələri ilə görüşüb. Qırğızıstan Ticarət və Sənaye Palatasının Ukrayna, Rumıniya, Bolqarıstan Respublikası və Moldova Respublikasındakı nümayəndəsi Azamat İsmayilov, Ukraynadakı Qırğızıstan diasporunun rəhbəri Sherali Jenaliev və iş adamı "Amin Trading" şitkıtinin qurucusu Suyunbek Myrzakanovun iştirak ettiyi görüşdə diasporlar arası əlaqələrin gücləndilməsi və perespektivləri müzakirə olunub.
UAR-dan "Xalq Cəbhəsi"nə verilən məlumata görə, baş katib vurğulayib ki gücümüz birliyimizdədir. «Bizlər "Fikirdə sözdə və işdə birlik" ideyası ətrafinda potensialımızı birləşdirməyi bacarmalıyıq» deyən Məmmədov diaspor quruculuğu sahəsindəki təcrübələrini və imkankanlarını paylaşmaqdan məmnun olacaqlarını bildirib.
Görüşdə çıxış edən Qırğızıstan Ticarət və Sənaye Palatasının Ukrayna, Rumıniya, Bolqarıstan Respublikası və Moldova Respublikasındakı nümayəndəsi Azamat İsmayilov qardaş xalqların diaspora quruculuğuna dəstəyin vacibliyini vurğulayıb. «Bizlər Türk Şurası çərçivəsində əməkdaşlığimızı artırmalıyıq. Türk Şurası adı altında proyektlər həyata keçirməli və bu sahədə digər ölkələrə nümunə olmalıyıq» deyən İsmayılov ələqələrin daha da gücləndirilməsi üçün iqtisadi sahədəki əməkdaşliğın vacibliyini vurğulayıb.
Daha sonra qonaqlara Azərbaycanın zəfəri ilə bitən II Qarabağ müharibəsi haqqında məlumat verən baş katib onları 27 sentyabrda UAR ofisində təşkil olunacaq fotosərgiyə dəvət edib.
Cavid
15 Sentyabr 15:45
875
15 Sentyabr 12:11
896
15 Sentyabr 12:10
875