
İran İsrailin hərbi planlarına qarşı xəbərdarlıq edib
15 İyul 17:09
15 İyul 17:09
15 İyul 16:27
15 İyul 15:43
15 İyul 12:33
Biz artan iqtisadi dinamikanı vergi ödəyicilərinin sayında da müşahidə edirik.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, ilin 9 ayında vergi ödəyicilərinin sayı 5 faiz artıb:
"Qlobal səviyyədə pandemiya qarşı mübarizə çərçivəsində ayrılan iqtisadi yardım paketi və vaksinasiya prosesi beynəlxalq maliyyə qurumlarının proqnozlarına da təsirini göstərib.
Azərbaycanın iqtisadi artım proqnozları yenidən baxılaraq yüksəldilib. Ümumilikdə, son on ildə ölkə iqtisadiyyatında mühüm struktur dəyişiklikləri və şaxələndirilmə nəticəsində qeyri-neft-qaz sektoru iqtisadiyyatın başlıca inkişaf amilinə çevrilib.
Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft-qaz sektorunun xüsusi çəkisi bu il ərzində 48 faizdən 70 faizə qədər artıb".